"Konvensiyanın imzalanması tarixi məqamdır" - Politoloq

"Geosiyasi maraqları biri - birindən fərqli olan Xəzəryanı dövlət başçılarının Konvensiya məsələsində razılığa gəlmələri tarixi məqamdır. İran və Azərbaycan arasında Xəzərdəki yataqlar üstündə mübahisələr hələdə unudulmayıb. Bununla da İranın qaydasız - qanunsuz ehtiraslarına son veriləcək".

"Geosiyasi maraqları biri - birindən fərqli olan Xəzəryanı dövlət başçılarının Konvensiya məsələsində razılığa gəlmələri tarixi məqamdır. İran və Azərbaycan arasında Xəzərdəki yataqlar üstündə mübahisələr hələdə unudulmayıb. Bununla da İranın qaydasız - qanunsuz ehtiraslarına son veriləcək". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, imzalan konvensiyada Azərbaycanın istəkləri öz əksini tapıb. Bununla Azərbaycan siyasi və iqtisadi dividentlər əldə edəcək. Ümumiyyətlə konvensiyanın imzalanmasından daha çox qazanan məhz Bakı, daha sonra isə, Astana olacaq. 

Politoloq qeyd edib ki, hamının optimist olduğu ve reallaşmasına inandıqları Transxəzər qaz kəmərinə gəldikdə isə, Türkmənistan dünyada qaz ehtiyyatlarına görə dördüncü yerdədir. Baxmayaraq ki, rus ekspertləri Aşqabadın kəmər üçün qaz tapa bilməyəcəyini, eyni zamanda bu layihəyə Çinin qarşı çıxacağını bildirirlər, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Çin lazım gələndə BP və Vaşinqtonun qarşısında baş əyəcək. Burada prinsipial mövqeyi Aşqabad və Qərb konsorsiumları ortaya qoymalı, layihəni maliyələşdirməlidirlər. Maliyə məsələsində, hələ ki, Qərbdən səsini çıxardan olmayıb. Bunun iqtisadi və siyasi səbəbləri var. İqtisadi səbəbə türkmən qazının ixracının elə də ucuz başa gəlməməsi də aiddir. ( 300 dollardan daha çox. Bu, Rusiya və Azərbaycan maye qazından bahadır). Lakin, məsələ ondan ibarətdir ki, bu kəmər vasitəsi ilə Türkiyə maye qaza olan tələbatını təmamiylə ödəyə (oraya maye qazın icraxı 230 dollar civarında  başa gələ bilər) bu isə Ankaranın maraqlarına cavab verir. 

Zaur Məmmədov vurğulayıb ki, Xəzərin dibindən kəmərin çəkilməsinə heç bir maneənin qalmaması üçün ekoloji bəndə əsasən bu kimi məsələlərdə bütün Xəzəryanı dövlətlərin razılığı alınmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31