"Konvensiyanın imzalanması təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır" - MÜNASİBƏT
14 Avqust 2018 13:22 SiyasətAktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması sözsüz ki, çox əhəmiyyətli hadisədir və Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır.
Bu fikri açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib.
Deputat bildirib ki, bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açacaq.
"Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilərlər",- deyə Oleq Medunitsa vurğulayıb.
Azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31