Musa Qasımlı: “Konvensiyanın imzalanması böyük əhəmiyyət daşıyır”

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, uzun illər boyu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedirdi və İşçi qrup işləyirdi: "Nəhayət bu fəaliyyət öz səmərəsini verdi. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı.

Konvensiyanın imzalanması heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzəryanı dövlətlər digər məsələlərdə də bərabər hərəkət edə bilərlər".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31