Nikolun seçkilərə alternativsiz getmək istəyi - ŞƏRH
2 Avqust 2018 14:07 SiyasətVə ya parlament seçkiləri ərəfəsində Paşinyanın chr("39")chr("39")rəqib ovuchr("39")chr("39")
Hakimiyyəti zor gücü ilə zəbt etdiyi vaxtdan indiyə qədər ölkəsinin hər hansı bir istiqamətdə nəinki inkişafına, hətta tərpənişinə belə nail ola bilməyən inqilabçı baş nazir Nikol Paşinyan getdikcə ona qarşı artan xalq etirazlarını erməni hiyləgərliyinə məxsus şəkildə başqa istiqamətə yönəltməyə nail olub. Söhbət Paşinyanın sələfləri, sabiq dövlət rəsmilərini hədəfə almasından gedir. Bir neçə gün əvvəl Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında baş katib olmuş Xaçaturovu həbs etdirməyi Paşinyan, indi də sabiq president Robert Köçəryana eyni aqibəti yaşatmağı düşünür. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş prokrorluğunun təqdimatı əsasında ölkənin ali məhkəməsi keçmiş prezident Robert Köçəryan barəsində həbs qətiimkan tədbiri seçdi. Dövlət ittihamçısının iddiasına görə Köçəryan hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. Əgər bu sübut olunarsa eks-prezidenti 15 ildən 18 ilə qədər həbs cəzası gözləyir. Ermənistanda baş verən daxili proseslərə nəzər yetirən müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, Paşinyanın sözügedən həbslərdə əsas məqsədi parlament seçkilərinə qədər özünə ciddi rəqib bildiyi fiqurları zərərsizləşdirməkdir. O, bildirib ki, indiki halda Paşinyana ən ciddi rəqib Köçəryan olduğundan inqilabçı baş nazir seçkilərə qədər sabiq prezidenti dəmir barmaqlıqlar arxasına salmaq istəyir: "Əvvəla Köçəryanın kimliyinə və hakimiyyətə necə gəldiyinə, yaxud gətirildiyinə qısa bir nəzər salaq. 31 avqust 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Köçəryan müharibə zamanı erməni ordusunu səhra komandiri olub. O, Azərbaycan xalqına qarşı gərçəkləşmiş terrorun əsas təşkilatçılarından biridir. Həmçinin Robert Köçəryan Qarabağda qondarma rejimin əsas qurucularından biri olub, 1992-1994-cü illərdə bu saxda qurumun chr("39")chr("39")baş nazirichr("39")chr("39") 1994-1997-ci illərdə illərdə isə separatçı rejimdə chr("39")chr("39")prezidentchr("39")chr("39")lik edib". Zeynal Əmralıyev deyir ki, 1997-ci ildə Robert Köçəryan Ermənistan prezidenti Levon Ter-Petrosyan tərəfindən işğalçı ölkənin baş naziri vəzifəsinə təyin olunur: "Burada diqqəti bir məsələyə çəkmək isdəyirəm. Erməni tərəfi həmişə Qarabağın chr("39")chr("39")müstəqillchr("39")chr("39")iyini istədiyini bildirir və oradakı qondarma rejimin ayrıca chr("39")chr("39")dövlətchr("39")chr("39") olduğunu iddia edir. Necə olur ki, bir dövlətin prezidenti səlahiyyətlərini icra etməyə davam edərkən başqa bir dövlətin başçısı tərəfindən öz ölkəsinə baş nazir təyin edilsin. Burdanda görünür ki, ermənilər dünyanı necə aldadırlar. Mövzudan kənara çıxmasaq görərik ki, Robert Köçəryan Levon Ter- Petrosyandan sonra ölkənin başına keçir. Bununla da Ermənistanda klanlaşmış terrorçu bir rejimin əsası qoyulur. Robert Köçəryan Qarabağdakı nə qədər tanıdığı ermənilər varsa, gətirir dövlət idarəçiliyinə. Təbii olaraq yerli ermənilər prosesdən kənarlaşdırılır. Ermənistanda anadan olmuş insanların övladları məhz onun dövründə daha çox cəbhə bölgəsinə göndərilir. Burada o əsgərlərin valideyinlərinin chr("39")chr("39")başqasının torpağı mənim nəyimə lazımdır ki balamı ölümə göndərirəm?chr("39")chr("39") deyə düşündüyünə tam əminəm. Robert Köçəryanın Ermənistanın başına Rusiya tərəfindən gətirildiyini bilməyən yoxdur. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində yaşanan məşhur gülləbaran olayı ilə onun hakimiyyəti bölüşməyə məcbur olmuş və əslən Ermənistandan olan həmin dövrün baş nazir, erməni ordusunun qurucusu hesab edilən Vazgen Sərkisyan və parlamentin sədri, sovet dövrü Ermənistanına rəhbərlik etmiş Karen Dəmirçiyan öldürülür. Bununla da artıq ölkədə onun sözünün qabağına söz deyəcək heç kim qalmır. 2008-ci ildə isə hakimiyyəti ənənəvi müttəfiqi Serji Sarkisyana devr edərək ağalarının yanına, Rusiyaya gedir və "Qazprom"un vitse-prezidenti vəzifəsinə təyin olunur". Ekspert qeyd edir ki, Köçəryandan söz düşərkən hakimiyyətin ötürülməsi zaman saxta seçkilərə etiraz edən dinc insanların üzərinə ordu yeridilib insanların gülləbaran edilməsidə unudulmamalıdır: "Bu həbsə gəlincə isə şübhəsiz ki, siyasi motivlidir. Nikol Paşinyanın dərdinin Ermənistanda ədaləti bərpa etmək yox, əsas siyasi rəqiblərini sıradan çıxarmaq olduğunu bilməyən yoxdur. Serj Sərkisyan istefa verdikdən sonra da artıq Respublikaçılar Partiyasının liderləri fərsiz Sərkisyandan qurtulmağın ən gözəl yolunu məqsədi üçün hər şeyi gözə alan Köçəryanı partiyanın başına keçirməkdə görürdülər. Nikol Paşinyan Köçəryanın ona qarşı edəcəyi fəndlərdən qorxaraq sabiq prezidenti həbs etdirib zərərsizləşdirdi". Zeynal Əmralıyev deyib ki, Ermənistanda artıq eks-prezidentlərin toxunulmazlıq statusu sındırılıb: "Bunu Robert Köçəryanın həbsi ilə də gördük. Serj Sərkisyan isə qorxaraq bir neçə gün öncə müalicə adı ilə Romaya sinyor ağalarının yanına qaçdı. İndi Serj Sərkisyanın qarşısında 2 seçim var.Ya ölkəyə dönüb partiyasının başına keçib Nikol Paşinyana qarşı mübarizə aparmalıdır. Bu onun şəxsi üçün risklidir. Çünki həbs olunma ehtimalı çox yüksəkdir. Ya da ki, partiyasından ümumiyyətlə imtina edib siyasi mühacirətdən müxalifliyi sürdürməlidir. Bu zamanda qorxaq ittihamı ilə üzləşəcək və nüfuzu xeyli aşağı düşəcək. Artıq yavaş-yavaş bu proses baş verməkdədir". Ekspertin qənaətincə, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək: "Sadəcə hakimiyyəti zəbt etmiş bir klan idi, indi yenisi ilə əvəz olunur. Parlament seçkiləri qabağı Paşinyanın elədiyi bu chr("39")chr("39")rəqib ovuchr("39")chr("39")da məhz buna hesablanıb. Hər halda işğalçı ölkədə cərəyan edən proseslər Ermənistan üçün müsbət heç nə vəd etmir. Əksinə Ermənistanı daha da çıxılmaz vəziyyətə aparır".
Məhəmməd