Asim Mollazadə: “Ermənistan hələ gələcəyini müəyyənləşdirməyib"
“Bu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən irəli doğru heç bir addım gözləmirəm. Çünki işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyil”. Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
1 Avqust 2018 17:41 Siyasət"Bu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən irəli doğru heç bir addım gözləmirəm. Çünki işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyil".
Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, Ermənistanda indiki hakimiyyət öz gələcəyinin nədən ibarət olduğunu hələ müəyyənləşdirə bilməyib: "Ona görə də mən yaxın müddətdə Ermənistandan hansısa sülh istiqamətində ciddi addım atılmağına inanmıram. Sadəcə olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilkin tanışlığa hesablanıb. Ümidvaram ki, Ermənistan hansısa bir təkliflərlə çıxış etsin. Amma çox güman ki, heç bir şey olmayacaq. Çünki onlar hələ öz istiqamətlərini müəyyənləşdirməyiblər. Rusiyanın bu proseslərdəki rolu isə indiki status-kvonu qorumağa hesablanıb".
Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. Görüşün sentyabrda baş tutacağı gözlənilir.
SİA