İşğal altında olan ərazilərdən Avropaya narkotik axını həyata keçirilir
Günümüzdə hər bir ölkədə olduğu kimi Azərbaycanda da cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniyanın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və heç bir ölçüyə sığmır desək yanılmarıq. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyyəsi, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
1 Avqust 2018 12:10 SiyasətGünümüzdə hər bir ölkədə olduğu kimi Azərbaycanda da cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniyanın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və heç bir ölçüyə sığmır desək yanılmarıq. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyyəsi, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Hər bir ölkədə olduğu kimi bu gün Azərbaycanda da narkomaniya probleminə qarşı intensive iş aparılır, mübarizə tədbirləri həyata keçirilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev deyir ki, Azərbaycanda narkotizmlə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilib: "Bu sahədəki problemlə ona böyük maddi və mənəvi ziyan vurmuş hərbi təcavüz - Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının 20 faizinin işğalı, dağıdılmış minlərlə yaşayış məskəninin mövcudluğu şəraitində mübarizə aparır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonu zəbt edilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğalı bu günədək davam etdirdiyindən, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir. Çünki, bölgədə narkotiklərin kök salması, təkcə ölkə və region üçün yox, həm də digər dövlətlər üçün gələcəkdə qarşısı alınmaz qüvvəyə çevrilə bilər". İşçi qrupunun rəhbəri deyib ki, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust 485 nömrəli Fərmanı ilə yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələdirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası antinarkotik təbliğata xüsusi önəm vermiş, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilib: "Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" uğurla icra olunmaqdadır. Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilib, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb. Belə ki, görülmüş kompleks tədbirlər nəticəsində 2018-ci il 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1853 fakt aşkar edilib ki, onlardan 525-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən 6958 ədəd çətənə kolu, 2 kq 256,4 qr güclü təsir edən və 1 kq 480,2 qr zəhərli maddə müsadirə olunub. Cari dövr ərzində cinayət məsuliyyətinə cinayət məsuliyyətinə 1287 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, qulluqçu və ya maddi məsul şəxs, 1-i orta məktəb şagirdi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub. Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 ha 44 sot ərazidən 78 ton 883 kq 897 qr (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmub ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib ki, onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir". İşçi Qrupunun rəhbərinin sözlərinə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilib. Belə ki, cari il üçün Dövlət Komissiyasının işçi qrupu tərəfindən "Sağlam həyat naminə narkotikə yox!", "Marixuana Haqqında Həqiqət", "Düz bildiyin səhvlər", "Narkotiklər haqqında həqiqəti bilin" və "Psixotrop maddələr haqqında həqiqət" adlı beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanıb. Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə hazırlanıb "Çalış ki, Narkotiklərə Hədəf Olmayasan!" sayca 5-ci yeni sosial rolik hazırlanıb və cari ildən başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 19 elektron reklam tablosunda, eyni zamanda "MetroPark" və "Park Bulvar" Alış Veriş Mərkəzlərində mövcud olan monitorlarda yayımlanmağa başlanılıb.
Məhəmməd