Paşinyanın Qarabağ klanına qarşı savaşı yeni mərhələdə

"Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ klanına qarşı savaşı yeni mərhələyə keçib".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki,  Qarabağ klanının faktiki rəhbəri Robert Koçaryanın 2008-cil 1 mart hadisələrlə bağlı istintaqı və məhkəmə prosesinin keçirilməsi hadisələrin başlanğıcıdır: "Ermənistanın KTM baş katibi Yuri Xaçaturovun da istintaqa çağırılması ölkədə klanlararası savaşın qızışacağından xəbər verir. Paşinyanın Qarabağ klanına qarşı müharibəsi ölkədə siyasi böhrana gətirib çıxara bilər". Politoloq deyib ki, Paşinyanın güclü müxalifət olan Qarabağ klanını zərərləşdirməkdə əsas məqsədi öz hakimiyyətini qorumaqdır: "Çünki, Koçaryan və Sərkisyan klanı güclənib, revanş götürüb Rusiyanın dəstəyi ilə Paşinyanı devirməyi planlayır. Koçaryandan sonra növbəti məhkəmə məzhəkəsi Serj Sərkisyan üçün qurulacaq. İşğalçı ölkədə siyasi böhranın dərinləşməsi, Rusiyanın bu ölkəyə müdaxiləsi ilə müşayət olunacaq. Koçaryanın həbsi gözlənilməsə də, bu Koçaryana qarşı siyasi zərbə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31