Politoloq: “Zara erməni əsilli yox, yezidi kürd əsillidir”

“Hesab edirəm ki, Zara Mqoyan və bu tipli müğənniləri Azərbaycanın təbliği ilə bağlı aksiyalara cəlb etmək olar. Yəni bu cür sənətçilər ölkəmizə yaxınlaşmaq və təbliğ etmək istəyirsə, biz də bundan yaxşı mənada istifadə etməliyik”. Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.

"Hesab edirəm ki, Zara Mqoyan və bu tipli müğənniləri Azərbaycanın təbliği ilə bağlı aksiyalara cəlb etmək olar. Yəni bu cür sənətçilər ölkəmizə yaxınlaşmaq və təbliğ etmək istəyirsə, biz də bundan yaxşı mənada istifadə etməliyik".

Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.

"Məndə razı olardım ki, əgər Zara Mqoyan hansısa bir vaxtda Azərbaycan əleyhinə nəsə neqativ bir söz işlədibsə, onun ölkəmizə gəlişinə etiraz olunsun. Ancaq bildiyim qədəri ilə belə bir hal baş verməyib. Əksinə Zara Mqoyan Azərbaycan mahnısı oxuyacaq və ölkəmizi təbliğ etmək niyyətindədir. Bu da fikrimcə yaxşı bir addımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir. Düşünürəm ki, bu məqamdan yaxşı istifadə edərək ölkəmizin təbliğini həyata keçirsək yaxşı olar"-deyə, R.Alıyev fikirlərini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31