Partiya sədri: “Festivala qarşı aparılan kampaniyaya son qoymaq lazımdır"
“Ümumiyyətlə kütləvi mədəni tədbirlər ölkəmizi tanıtmaq istiqamətində, ölkəmizi dünya mədəniyyətinin bir parçası hətta əhəmiyyətli bir parçası olduğunu sübut etmək üçün çox vacibdir. Bu baxımdan da artıq neçə illərdir ki, Azərbaycanda keçirilən “Jara” musiqi festivalının çox böyük əhəmiyyəti vardır”. Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
27 İyul 2018 15:36 Siyasət"Ümumiyyətlə kütləvi mədəni tədbirlər ölkəmizi tanıtmaq istiqamətində, ölkəmizi dünya mədəniyyətinin bir parçası hətta əhəmiyyətli bir parçası olduğunu sübut etmək üçün çox vacibdir. Bu baxımdan da artıq neçə illərdir ki, Azərbaycanda keçirilən "Jara" musiqi festivalının çox böyük əhəmiyyəti vardır".
Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu festivalda təkcə rus mahnıları oxunmur: "Festivalda Azərbaycan mahnıları səslənir və mədəniyyəti təbliğ olunur. Bizim düşmənlərimiz və bizi istəməyən qüvvələr də görürlər ki, Azərbaycan təkcə iqtisadiyyatı, siyasəti ilə deyil, mədəniyyəti, musiqisi ilə də dünya dövlətlərini özünə yaxınlaşdıra və dost edə bilir. Bu baxımdan festivalın böyük əhəmiyyəti vardır. Bu gün biz müharibə vəziyyətindəyik. Bizim torpaqlarımızın əhəmiyyətli bir hissəsi işğal altındadır. Torpaqlarımızı işğal edən xalqın nümayəndəsinin Azərbaycana gəlməsi çox həssas məsələdir. Bunu hər kəs qəbul edə bilmir. Amma bu tədbirin təşkilatçısı, müğənni Emin Ağalarov bildirdi ki, Zara Mqoyan erməni deyil, kürd əsilli müğənnidir və Rusiyada yaşayır.
Bildiyiniz kimi Ermənistanda yaşayan yezidi kürdlərin bəzilərinin soyadlarındakı sonluq erməni erməni sonluğudur. Ona görə də Azərbaycanda onu erməni kimi qəbul edirlər. Bu gün Azərbaycanda kürdlərə qarşı çox yaxşı münasibət var. Kürdlər bizim xalqımızın ayrılmaz tərkib hissəsi və qardaşlarımızdır. Hesab edirəm ki, festival qarşı bu qarayaxma kampaniyasına son qoymaq lazımdır. Düşünürəm ki, bu tədbiri alqışlamaq lazımdır".
SİA