"Azərbaycana bu hədiyyəni verin" - Köçəryan

"Mənim həbsimə görə Azərbaycan sevinəcək"

Bunu "Yerkir Media" televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

"Hökumət artıq günahkarları təyin edib və indi ittihamların təmin olunması üçün formul axtarır. Təkrar edirəm, mən belə şeyin olacağını gözləmirdim. Ölkəyə təhdid böyükdür. Nəzərə alın ki, ordunun bütün rəhbər heyəti ittiham olunur.

İndi onlar mənim həbsimi istəyirlər. Onlar istəyirlər ki, qələbə əldə edən "Dağlıq Qarabağın birinci prezidenti"ni həbs etsinlər. Onlar iqtisadi inkişafa nail olan Ermənistanın ikinci prezidentinin həbsini istəyirlər. Mən indi Azərbaycanda buna necə sevindiklərini təsəvvür edirəm. Onlara bu hədiyyəni verin", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31