"Azərbaycan gücü təmsil edir, Ermənistan isə..." - Markov
27 İyul 2018 14:16 Siyasət"Parisin ənənəvi ermənipərəst reputasiyasını xatırladıqda, İlham Əliyevin Fransa səfərinin uğuru xüsusən parlaq görünür".
Bu sözləri "Moskva-Bakı" saytına açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
"Fransa ermənipərəst mövqe nümayiş etdirir. Çünki burada ermənilərin çox güclü diasporu var. Onlar yalnız siyasi sahəyə deyil, biznes və mediaya da təsir göstərirlər. Buna görə, istənilən prezident və parlament onlardan asılıdır. Ancaq Paris ilk növbədə Bakı ilə iqtisadi münasibətləri inkişaf etdirir. Çünki iqtisadi nöqteyi-nəzərdən Azərbaycan gücü təmsil edir, Ermənsitan isə kiçik dağlıq ölkədir", - ekspert bildirib.
"Bu cür iqtisadi münasibətlər Parisin mövqeyini tədricən yumşaldacaq. Yəni Fransa ermənipərəsət olaraq qalacaq, ancaq daha antiazərbaycan siyasət olmayacaq. Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa addımların atılması mümkündür. Bundan əlavə, xatırladım ki, Almaniya ilə birlikdə Avropa Birliyinin liderlərindən biri hesab olunan Fransa, həmçinin, BMT Təhlükəsizlik Şurasının üzvüdür. Onun mövqeyi Azərbaycanın enerji resurslarının Aİ bazarlarına çıxışı baxımından önəmlidir. Rusiyanın Cənub Axını layihəsi bloklandığı halda, onun analoqu hesab olunan TANAP-TAP sakit şəkildə irəliyə gedir. Nəticədə Azərbaycan əhalisi təqaüdlər və infrastrukturun inkişafı üçün böyük resurslar əldə edir. Azərbaycan və Rusiyaya aid qaz kəmərlərinə münasibət bir-birindən tamamilə fərqlidir. Azərbaycanla Fransanın yaxınlaşması da bunun səbəblərindən biridir", - Markov əlavə edib.
Axar.az