Yeni sistemlə Türkiyə daha güclü dövlət olacaq - MÜNASİBƏT

İyun seçkilərindən sonra yeni idarəetmə formasına qədəm qoyan qardaş Türkiyə siyasi və iqtisadi sferada bir sıra yeniliklərə imza atmaq barədə düşünür.  Eyni zamanda Ankara xarici siyasət sahəsində də bəzi yeniliklərə imza atmaq niyyətindədir. Ümumiyyətlə, yeni Türkiyə hakimiyyətinin hədəfində olan əsas məsələ ölkəni daha da inkişaf etdirmək, siyasi sabitliyin davamlılığına zəmin yaratmaqdır. Türkiyəni daha da inkişaf etdirməyin əsas yolu isə yeni iqtisadi imkanlar əldə etmək. əlaqələr qurmaqdır. Bu baxımdan hazırda Türkiyə üçün əsas hədəf Asiya və Afrika regionu ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirməkdir. Əslində prezident Ərdoğan hələ hökumətə rəhbərlik etdiyi dönəmlərdə bu regionlara xüsusi diqqət yetirilirdi. Hazırda isə bu diqqət və region ölkələri ilə iqtisadi əlaqələri genişləndirmək əsas prioritetlərdən biri olub desək yanılmarıq. Bu mənada Ankaranın BRICS-lə əməkdaşlığı inkişaf etdirmək arzusu başadüşüləndir və prezident Rəcəb Tayyib Ərdoğanın sözügedən qurumun toplantısında iştirak istəyi məhz iqtisadi əlaqələri genişləndirmək marağından irəli gəlir. Məlumat üçün qeyd edək ki, adıçəkilən təşkilat britaniyalı İqtisadçı Jim Ochr("39")Neill tərəfindən hazırlanan beş əsas inkişaf etməkdə olan milli iqtisadiyyatın-Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birləşməsi üçün nəzərdə tutulan qurumdur. Əvvəlcə ilk dörd ölkə burada yer alsa da, sonradan Cənubi Afrika da təşkilatda qruplaşdırıldı. BRICS üzvləri bölgə işlərinə əhəmiyyətli təsiri ilə tanınırlar. Onun üzvlərinin hər biri eyni zamanda amısı G-20-nin üzvüdür. 2009-cu ildən bəri BRICS ölkələri hər il rəsmi sammitlərdə görüşürlər. Çin 2016-cı ilin sentyabrında Xiamen şəhərində 9-cu BRICS zirvəsinə ev sahibliyi etdi. Cənubi Afrika isə bu günlərdə keçiriləcək BRICS zirvəsinin 10-cu ildönümünə evsahibliyi edəcək.  Qeyd etdiyimiz kimi Türkiyə sözügedən təşkilata üzv olmasa da, lakin BRİCS-in Cənubi Afrikada keçiriləcək sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı nəzərdə tutulur. Bəs görəsən, Türkiyə BRİCS-lə əməkdaşlığa nədən maraqlıdır və bu əməkdaşlıq Ankaraya nə vəd edir?

Müstəqil ekspert Yadigar Nağıyev hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BRİCS-də iştirakı heç də təsadüfü deyl. Onun sözlərinə görə, Türkiyə bu səfər çərçivəsində bir neçə məsələni kökündən həll etmək istəyir: "İlk olaraq, bu, Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu müddətdən tətbiq etdiyi Osmanlı strategiyasıdır. "Zəyif dövlətlərin əlindən tutmaq" . Məhz Rəcəb Tayyib Ərdoğan ilk səfərini dini-irqi və iqtisadi cəhətdən qarışıq olan Cənubi Afrikya etdi. Ərdoğan çıxışında müsəlman dövlətlərlərinin iradəsindən dini eynilikdən bəhs edərək, dövlətləri birliyə səslədi. Ancaq bu zalda əyləşənlər tərəfindən birmənalı qarşılanmadı. Buna səbəbsə, səsləyişin sadəcə mövcud proqrama uyğun şəkildə daha çox Ərdoğanın maraqlarından ibarət olması idi". Bəs bu maraqlar nə idi? və hansı maraqlar nümayəndələr tərəfindən bir mənalı qarşılanmadı?.

Yadigar Nağıyev deyir ki, Rəcəb Tayyib Ərdoğan, hər ölkə səfərində getdiyi ölkənin FETO əlaqəsini araşdırır. Buna görə öz arqumentlərini seçərək daha çox ziyarətdə olduğu dövlətin boşluğunu tutmağa və onu öz güc ilə əvəz etməyə çalışır: "Rəcəb Tayyib Ərdoğanın "Biz bilirik ki, teror təşkilatları dəstəklər sayəsində yaranır. Onlar müxtəlif yollarla mövcud iqtisadi, siyasi, təhsil kimi problemlərdən istifadə edərək, dövlət daxilində kök salır. Daha sonra din məhzəb fərqləri yaradaraq, vətəndaşları bir-birinə qarşı vuruşdurur. Bu region çox həssasdır. Biz qardaş olduqca müsəlman ola bilərik" deyə qeyd etməsi, siyasi mesaj kəsb edirdi. Əsas məsələ aydındır. Əsas məsələ istər Suriyada YPG-yə qarşı mübarizə, istərsə də regionda Boko-Haram və FETO qruplaşlaşmalarına qarşı mübarizədə Türkiyəyə dəstək qazandırmaqdır. "Biz qardaş olduqca müsəlmanıq" fikrinin səslənməsi isə, "sizdə müsəlmansız bizdə.Bir birimizə dəstək olaq". Fikrinin səslənməsindən başqa heçnə deyl. Əlbətdə region dövlətlərinin iqtisadi maraqlar çox yüksəkdir.Türkiyə bu boşluq üçündə aspekti göstərərək, yeni sistemlə artıq Türkiyə daha güclü dövlət olacaq. Həm daxili, həm də xarici sabitlik yaradaraq, həm Türkiyə daxili səhmlərə, həm də Türkiyənin bu regiondakı yatırımlarını müdafiə edəcək və daha da yüksəldəcək. Qəribəsi budur ki, Böyük Konulluq açılışı zamanı bəzi qüvvələr Rəcəb Tayyib Ərdoğana qarşı Türkiyədə baş verən tutuqlanmalara qarşı etiraz hazırlamışdı. Ancaq bu cəhd region qüvvələri tərəfindən əngəlləndi. Son olaraq qeyd etmək olar ki, ABŞ bu regionlara əvvəlkindən daha çox nüfüz etməyi bacarıb. Ancaq Türkiyənin bunu dəyişdirib dəyişdirə bilməyəcəyi Ankaranın yeni iqtisadiyyatından aslıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31