“Konsert ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəllidir” - AÇIQLAMA

"Sosial şəbəkələrdə məsələlərin yanlış formada təqdim edilməsi halı ilk dəfə deyil".

Bun açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, mahiyyəti araşdırılmadan, səbəbi-nəticəsi öyrənilmədən hadisələrin yalnız subyektiv mülahizələrlə dəyərləndirilməsi sosial şəbəkələr üçün xarakterikdir: "Bəzən isə hadisələrin bilərəkdən şişirdilməsi, qərəzli formada konteksdən çıxarılması halları olur ki, bunu da ölkəmizə qarşı düşmən mövqe tutanlar edirlər. Bu baxımdan Bakıda keçiriləcək və Azərbaycanın təbliğinə yönələcək konsert ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəllidir. Kimlərsə məsələ ətrafında elə rəy yaradırlar ki, konsertin keçirilməsindən ölkəmizin əldə edəcəyi dividentlər heçə endirilir. Əlbəttə, belə hallar zaman-zaman olub və ictimaiyyət bunun fərqindədir. Ümid edirik ki, bizim ənənəvi KİV-lər düzgün məlumat yaymaqla bu qərəzli kampaniyanı da zərərsizləşdirə biləcəklər. Biz bənzər hadisənin 2012-ci ildə də şahidi olduq. Həmin vaxt Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilirdi. Onda düşmən qüvvələr Bakıda bir ölü it tapıb, onun ətrafında elə kampaniya qurdular ki, az qala mahnı müsabiqəsini siyasi bir kampaniyaya çevirdilər. Məqsədləri bəlli idi: Azərbaycan adına hansı yolla olursa olsun, ləkə yaxmaq, onun sevincinə kədər qatmaq, ölkəmizi gözdən salmaq. Mən 2012-ci il kampaniyasını ona görə xatırlatdım ki, həmin hadisələr və ölkəmizə qarşı aparılan kampaniyalar bitməyib, bu gün də davam edir. İstənilən hadisəni Azərbaycanın əleyhinə yönəldirlər. İndi də kampaniya aparanlar həmən qüvvələrdirlər. Fikrimcə, xalqımız həqiqətin nə yerdə olduğunu bilir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31