“Qara qüvvələr bu festivalla bağlı fəaliyyətə keçiblər” - AÇIQLAMA
27 İyul 2018 13:01 Siyasət"Ümumiyyətlə, "Jara" musiqi festivalının Azərbaycanda keçirilməsi miqyasına görə çox əhəmiyyətdir".
Bunu açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün də bu fəxr ediləsi hadisədir ki, musiqi festivalı artıq bir necə ildir ki, ənənəvi hal alıb: "Dünyanın bir çox tanınmış müğənniləri bu festivalda iştirak edirlər. Dəfələrlə şahid olmuşuq ki, "Jara" musiqi festivalında sonra onların Azərbaycan haqqında dedikləri müsbət fikirləri, ölkəmizin dünyada tanıdılmasında, Azərbaycan xalqının necə böyük mədəniyyətə malik olmasını beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan dövləti bu cür festivalın keçirilməsində maraqlıdır. Burada Zaranın Azərbaycan dilində mahnı oxumasında bir daha Azərbaycan xalqına olan hörmətin, yüksək dəyər verildiyinin nəticəsidir. Lakin bəzi qara qüvvələr bu festivalla bağlı fəaliyyətə keçiblər. Sosial şəbəkələrdə Zaranın Azərbaycanda mahnı oxumasına qarşı ciddi kampaniyaya başlayıblar. Həmişə olduğu kimi populist fikirlərlə yenə də xalq arasında ucuz təbliğatlarla nəzəri cəlb etmək fikrindədirlər. Bu cür kampaniyalar Azərbaycan mədəniyyətinə qarşı yönəlmiş qərəzli kampaniyalardır. Bu kampaniyaların arxasında kimlərin durduğu Azərbaycan xalqına məlumdur. Təəssüflər olsun ki, bu insanlar hər zaman olduğu kimi, yenə də tapşırıqlar alıblar və o tapşırıqları yerinə yetirməklə məşğul olurlar. Onların məqsədi ölkəmizin uğurlarını gözdən salmaqdan ibarətdir. Ancaq hər zaman olduğu kimi, bu dəfə də onların məkirli niyyətləri iflasa uğrayacaqdır".
SİA