Elman Məmmədov: “Azərbaycan dünyada dayanıqlı sabitliyi ilə fərqlənir"

“Bu gün Azərbaycan dünyada özünün sülhsevər siyasəti, daxili stabilliyi, dayanıqlı sabitliyi ilə fərqlənir. Eləcə də ölkəmiz bu gün dünyada dillərin, dinlərin, mədəniyyətlərin müxtəlif millətlərdən olan insanların tam sülh şəraitində birgə yaşayışının təmin olunması ilə fərqlənir”. Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

"Bu gün Azərbaycan dünyada özünün sülhsevər siyasəti, daxili stabilliyi, dayanıqlı sabitliyi ilə fərqlənir. Eləcə də ölkəmiz bu gün dünyada dillərin, dinlərin, mədəniyyətlərin müxtəlif millətlərdən olan insanların tam sülh şəraitində birgə yaşayışının təmin olunması ilə fərqlənir".

Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan bu gün dünyanın bir çox aparıcı dövlətləri və qurumlarının ən təminatlı görüş yerlərinin təşkil olunması missiyası ilə seçilir: "Cənab Prezident İlham Əliyevin sonuncu müşavirədə də qeyd etdiyi kimi Azərbaycan qısa müddətdə çox sürətli inkişafa nail olmaq metodları ilə fərqlənir. Həmçinin özünün bir sıra sahələrdə brendləri ilə diqqət mərkəzindədir. Bütövlükdə götürdükdə ölkəmiz Prezident İlham Əliyevin dediyi kimi bu regionda sülh adasına, çarçısına bənzəyir. Azərbaycan insanların əmin-amanlıq şəraitində yaşadığı, dinlərin dost, mehriban şəraitdə bir yerdə mövcud olması və fəaliyyət göstərməsi sahəsindəki tolerantlığı ilə fərqlənir. Biz hətta idman sahəsini belə götürsək son illərdə ölkəmizin qazandığı uğurlar çox sevindiricidir. Hər sahədə Azərbaycan bir nümunə kimi göstərilə bilər. Son illərdə cənab Prezidentin apardığı çox uğurlu, müdrik xarici və daxili siyasət Azərbaycanımızı dünyada belə yüksək səviyyədə tanıdıb".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31