“Ermənistan sülhü yalnız dırnaq arasında istəyir”

"Son günlərdə Ermənistandan Azərbaycana qarşı ünvanlanan təhdid xarakterli mesajların artmasında əsas məqsəd Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə fəallaşmasına gətirib çıxarmaqdır. Minsk Qrupunun həmsədrlərinə və XİN rəhbərlərinin növbəti görüşünü hazırlayan vasitəçilərə göstərmək istəyirlər ki, guya Azərbaycan hərtərəfli sülh istəmir, cəbhə xəttində vəziyyəti gərginləşdirir".

Bu fikirləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistan sülhü yalnız dırnaq arasında istəyir: "Onlar istəyir ki, ümumiyyətlə müharibə ehtimalları olmasın, bizim işğal olunmuş torpaqlarımızda daima qalsınlar, həmişə danışıqlar aparsınlar, cəbhə xəttində heç kəs atəş açmasın, gərginlik olmasın, rahat şəkildə öz işğalçı siyasətlərinin davam etdirsinlər, Suriyadan gələn erməniləri işğal edilmiş ərazilərdə yerləşdirsinlər. Onlar sülhü, bax, bu şəraitdə istəyirlər. Düşünürlər ki, işğaldan artıq 25 il keçib. Hardasa 25 ildən sonra bu torpaqlardan məcburi köçkün, qaçqın düşənlərin sayı da azalacaq. Belə bir sülhün bizə nə dərəcədə lazım olduğu isə sualdır. Minsk Qrupunun vasitəçiləri də bu sülhü dəstəkləyirsə, onda kim Azərbaycanı günahlandıra bilər ki, Azərbaycan birmənalı olaraq belə sülhün tərəfdarı deyil".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31