“NATO-nun hava hücumundan müdafiə sistemi zəifləyə bilər” – Politoloq
“ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını dayandırması Türkiyənin Rusiyadan S-400 alması ilə əlaqədardır”. Bu sözləri politoloq Qabil Hüseynli deyib.
26 İyul 2018 14:27 Siyasət"ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını dayandırması Türkiyənin Rusiyadan S-400 alması ilə əlaqədardır".
Bu sözləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, NATO üzv dövlət olan Türkiyəyə S-400-lərin gətirilməsinə etiraz edir və bununla bağlı Türkiyəyə dəfələrlə xəbərdarlıq edilib: "NATO hesab edir ki, satış gerçəkləşərsə, NATO-nun hava hücumundan müdafiə sistemi zəifləyə bilər və ya müəyyən sirlərin Rusiyanın əlinə keçməsinə səbəb ola bilər. Buna görə də Türkiyəyə xəbərdarlıq ediblər. Amma Türkiyə həmin raketləri almaqda israrlıdır və pulun da bir hissəsini ödəyib. Türkiyə Amerikanın hazırladığı F-35-lərin hazırlanmasında iştirakçı dövlətdir. Alacağı təyyarələrin pulunun da bir hissəsini ödəyib. Düzdür, ABŞ prezidenti və müdafiə naziri F-35-lərin Türkiyəyə satılmasına etiraz etməyib, amma Konqress buna qadağa qoyub. Bu mövzunun necə yekunlaşacağı barədə indidən dəqiq söz söyləmək mümkün deyil. Amma şübhəsiz, Türkiyə ilə ABŞ arasında münasibətlərdə gərginlik yaranıb".
Azadinform