Zakir Həsənov Rusiyaya səfər edəcək

İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

"OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən bildirilib ki,  səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31