Azərbaycan dünyaya sübut edir ki...
26 İyul 2018 12:59 SiyasətDağlıq Qarabağ Azərbaycana qaytarılarsa, ermənilərin təhlükəsizliyini təmin edə bilərik
İyulun 26-dan Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində "Jara-2018" Beynəlxalq Musiqi Festivalı başlanacaq. İyulun 29-dək davam edəcək festivalda tamaşaçılara maraqlı konsert proqramları təqdim ediləcək. Musiqi Festivalına dünyaca məhşur müğənnilərin qatılacağı nəzərdə tutulur. Artıq Azərbaycanda "Jara Beynəlxalq Musiqi Festivalı"nın keçirilməsi ənənə halını alıb. Məsələ orasındadır ki, festival ərəfəsində bəzi maraqlı dairələr "bulanıq suda balıq tutmaq" sevdasına düşüblər. Daha doğrusu, ölkəmizdə keçirilən istənilən beynəlxalq səviyyəli tədbirdən sui-istifadə edən kəsimlər bu dəfə də fürsəti əldən vermək istəməyiblər. Artıq müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə "Jara" musiqi festivalının iştirakçıları ilə bağlı xoşagəlməz fikirlər səsləndirilir ki, burada da əsas məqsəd cəmiyyəti çaşdırmaqdan ibarətdir. Xüsusən, "Jara" musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniyanın təşkil olunması bu kampaniyanın məqsədlə şəkildə aparıldığını deməyə əsas verir. Hər şeyi qara rəngdə dörən "vətənsevərlər" iddia edirlər ki, guya milliyyətcə erməni olan Zaranın Azərbaycana gəlməsi və sözügedən festivalda çıxış etməsi yolverilməzdir. Maraqlıdır, bu fikirlər doğrudanmı Vətən, dövlət, millət, xalq sevgisindən irəli gəlir? Rusiyalı müğənni Zaranın Azərbaycana gəlməsi doğrudanmı ölkəmizin nüfuzuna xələl gətirir?
Əvvala qeyd edək ki, Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Azərbaycanda xeyli sayda milli azlıqlar var və onlar sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayırlar. Üstəlik hər gün ölkəmizə müxtəlif xalqların nümayəndələri təşrif buyurur və milli adət-ənənələriməzə uyğun qonaqpərvərliklə qarşılanırlar. Müstəsna haldır ki, Azərbaycanda torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərin 30 minə qədər nümayəndəsi yaşamaqdadır. Biz bu faktı dünyaya bəyan edərək göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Belə halda, Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır?
Onu da qeyd edək ki, erməni əsilli şəxslərin Azərbaycana gəlməsi ermənilərin ifşa edilməsi baxımından da əhəmiyyətlidir. Bununla dünyaya sübut edirirk ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik. Əks halda, erməni əsilli şəxslərə qarşı bu qədər sərt mövqe ortaya qoyuruqsa dünyaya tolerant, sülhsevər, birgəyaşayış qaydalarına riayət edən xalq olduğumuzu inandırmaq müşkül məsələyə çevrilər. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik? Araşdırılmamış, qeyri-dəqiq informasiya əsasında kampaniyanın aparılması onun məqsədli şəkildə olması anlamına gəlir. Əvvala qeyd edək ki, Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Bu halda, belə bir tanınmış şəxsin Azərbaycana səfər edərək ölkəmiz barədə xoş fikirlər səsləndirməsi heç də pis olmazdı. Nəzərə almaq lazımdır ki, "Jara" musiqi festivalının təbliğatının bir neçə ölkədə aparılması nəzərdə tutulur.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, əslində bu məsələ çox şişirdilib:"Mən insanların erməni mənşəli şəxslərə münasibətini anlayıram. Xüsusən Ermənstan dövlətinin birbaşa qurbanı olan insanları. Bununla belə bizi Ermənistanla müharibə vəziyyətində olmağımızdan 30 ili keçir. Müharibə qanunlarına görə müharibə vəziytətində olan dövlətlər əks tərəfin vətəndaşlarına münasibətdə müəyyən məhdudlaşdırıcı tədbirlər görə bilər. Amma mənşə etibarı ilə düşmən dövlətin əsas xalqına aid olan, amma başqa bir dövlətin vətəndaşı olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər beynəlxalq aləmdə yaxşı qəbul olunmur. Məslən, Ermənistan bizim Gürcüstandan olan həmvətənlərimizə münasibətdə ayrı-seçkiliyə yol verir. Halbuki, onlar başqa dövlətin, özü də Ermənistanla dost olan dövlətin vətəndaşlarıdır. Biz başqa ökənin vətəndaşı olan mənşəcə erməni olanların ölkəyə girişinə o zaman məhdudiyyət qoya bilərik və qoymalıyıq ki, onlar bizim dövlət sərhəddimizi pozaraq işğal altında olan ərazilərimizdə olsunlar". Onun bildirdiyinə görə, Avroviziya mahnı müsabiqəsini Ermənistan paxıllığından baykot etməsəydi onların (özü də vətəndaşı) gəlib Bakıda oxuyacaqdı: "Biz etiraz etsəydik, dərhal Bakıda müsabiqənin keçirilməsi ləğv olunardı. Bu Zara kimdirsə onun ermənilərin qondarma genosidini qeyd etməsini qabardırlar. O qədər erməni olmayıb qondarma genosid barədə ağzına gələni yazan insanlar var ki, istədikləri zamanı ölkəyə gəlib-gedirlər. Heç kəs də etiraz etmir. Bu məslədə ən pis olan da odur ki, şəhid adınında istifadə edirlər. Məncə bu çox yumuşaq desək qeyri-etikdir. Biz dünyaya sübut edirik ki, davamız erməni xalıq ilə deyil. Onlar Qarabağda yaşamada davam etsələr Azərbaycan onlara geniş muxtariyyət verəcək və sair. Bu tərəfdən mənşə baxımıdan erməni olan bir artistin ölkəyə gəlməyinin əleyhinə bu boyda kampaniya zərəlidir. Bir daha qeyd edim ki, mən bu məsləyə həssas yanaşanların əksəriyyətini anlayıram. Amma bu məsləni məqsədli şişirdənləri də yaxşı anlayıram".
O da nəzərə alınmalıdır ki, həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir. Azərbaycan xalqı isə tarixin hökmü ilə qonşu olan xalqlar və dövlətlərlə dinc yanaşı yaşamağı bacarır və buna hazırdır.
Alim