“Çavuşoğlunun səfəri xüsusi dəyərləndirilməlidir" - MÜNASİBƏT

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri çox önəmli idi. Çünki bu gün istər NATO ilə bağlı, istərsə də Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra regional siyasətlə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət kəsb edir".

Bunu açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Türkiyə XİN rəhbərinin Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında Paşinyanın sərsəm açıqlamalarına aydınlıq gətirdi: "Bu gün istər Suriya ilə bağlı, istərsə də NATO, Ermənistan, Rusiya ilə bağlı səfərin məhz Azərbaycana olması xüsusi dəyərləndirilməlidir. Son illər Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər. Məsələn Mövlüd Çavuşoğlu Bakıdakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, Azərbaycanın xarici işlər nazirini həm də Türkiyənin xarici işlər naziri sayır. Bu ifadə iki ölkə arasındakı yaxınlığın tərənnümüdür. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarını ifadə edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31