Anar Sarıyev: “Anti-ünsürlərə adekvat cavab verilməlidir”

“Hesab edirəm ki, sosial şəbəkələrdə bütün çağırışlar, səsləndirilən fikirlər haqqa, ədalətə, qanuna və beynəlxalq hüquq normalarına (istər şəxslərin, təmsilçilərin, istərsə də dövlətlərin) uyğun olmalıdır”. Bunu açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev deyib.

"Hesab edirəm ki, sosial şəbəkələrdə bütün çağırışlar, səsləndirilən fikirlər haqqa, ədalətə, qanuna və beynəlxalq hüquq normalarına (istər şəxslərin, təmsilçilərin, istərsə də dövlətlərin) uyğun olmalıdır".

Bunu açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev deyib.

"Təəssüf ki, dünya nizamı dəyişdiyi kimi normalar da dəyişib. Vəziyyət nəzarətsiz və anlaşılası çətin olan, proqnozlaşdırılması mümkün olmayan bir haldadır. Odur ki, belə halda xaricdə oturan anti-ünsürlərə ya adekvat olaraq cavab verilməli, ya da heç əhəmiyyət verilməməlidir. Digər məsələ sosial şəbəkələrdir ki, hesab edirəm sosial şəbəkələrin fəaliyyəti digər inkişaf etmiş ölkələrdə olduğu kimi hüquqi tənzimlənməlidir. Belə olan halda dövlət və milli təhlükəsizliyimizə təhdid olan fikirlərin də o dərəcə əhəmiyyəti olmayacaqdır"-deyə, A.Sarıyev fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31