Vüqar Rəhimzadə: ““Jara" festivalına qarşı aparılan kampaniya yolverilməzdir"

"Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan "Jara" musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunmuşdur və hazırda da davam etdirilir. Əsas iddia kimi guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. Təbii ki, bu kampaniyanı aparanlar öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onlar çalışırlar ki, Azərbaycanda mənfi imic formalaşdırsınlar. Təbii ki, Azərbaycanda ənənəvi şəkildə təşkil olunan "Jara" musiqi festivalı keçiriləcək".

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə fəallaşan anti-ünsürlər musiqi festivalında iştirak edən kimlərisə hədəfə almaqla ümumən Azərbaycana qarşı çıxmaq deməkdir: "Hesab edirəm ki, bu kimi addımlar yolverilməzdir. Ümumiyyətlə bu festivalın keçirilməsi Azərbaycanın müsbət imicinə yaxşı mənada təsir göstərən amildir. Biz bu cür festivalların keçirilməsini dəstəkləməliyik. Çünki festivalda iştirak edən qonaqlar ölkəmizə gəlirlər və burada görülmüş işlərin özləri şahidi olurlar. Bu baxımdan festivala qatılacaq müğənnilərin də iştirakı təqdirəlayiqdir. Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Hər hansı bir şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31