Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur - ŞƏRH

Ermənistanda baş verən inqilabdan sonra formalaşan yeni hakimiyyət xarici siyasət sahəsində mövqeyini müəyyən etmədiyindən bu ölkə çətin sınaqlara çəkilir desək yanılmarıq. Uzun illər şimal qonşumuzun vassalı kimi fəaliyyət göstərən Ermənistanın indi Kremlin iradəsindən kənar addım atmağa meyillənməsi Rusiyada heç də normal qarşılanmayıb. Düzdür, işğalçı ölkənin yeni baş naziri bu postu mənimsədikdən sonra ilk səfərini qeyri-rəsmi olsa belə Rusiyaya etməsi belə qənaət formalaşdırmışdı ki, Paşinyan hökuməti də Sərkisyan hakimiyyəti kimi Rusiyanın qulu funksiyasını yerinə yetirəcək.  Lakin Rusiyada olarkən Nikolun Kremldən arzuladığı dəstəyi ala bilməməsi İrəvanı Qərbə, Avropaya meyillənmək zorunda buraxdı. Düzdür, Brüsseldə Avropa İttifaqı çərçivəsində baş tutan görüşdə Paşinyan nə qədər istəsə də, Qərbdə, Avropada həm özü, həm də ölkəsi barədə müsbət fikir formalaşdırıb həmin güc mərkəzləri ilə əməkdaşlıq üçün yeni bir mərhələ aça bilmədi. Ancaq buna baxmayaraq Paşinyanın Avropaya meyillənməsi Kremldə ciddi narazılıq yaratdı. Və cərəyan edən hadisələrin fonunda Rusiyanın Ermənistana təzyiqlərinin artacağı istisna edilmir.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.

O, bildirib ki, Rusiya Ermənistana iqtisadi təzyiqlər edərək, mövcud hakimiyyətə qarşı xalqın etirazını təşkil etməyə başlayır. Politoloqun sözlərinə görə,  Ermənistan üçün həyati əhəmiyyət kəsb edən mavi yanacağ əsasən dünya bazar qiymətindən aşağı Rusiyadan idxal edilir: "Qazpromun Ermənistana ixrac etdiyi qazın qiymətinin qaldırılması barədə qərarı, baş nazir Nikol Paşinyana qarşı iqtisadi təzyiq rıçaqıdır. Paşinyanın davam edən qərbpərəst siyasətinə qarşı Kremlin iqtisadi-siyasi təzyiqləri artıq gündəmə gəlir. Qeyd edim ki, Rusiya Ermənistanın iqtisadi-siyasi və hərbi sahəsində ciddi üstünlüklərə malikdir. Paşinyan hökumətinin Moskvaya qarşı demarşları fonunda müdafiə naziri Tonoyanın Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması barədə bəyanatı və Gümrü bazasının hüquqi məsələsi barədə dəyişiliklərə ehyam vurması, bir başa anti-Rusiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Kremldən bu bəyanatlar diqqətlə izlənilir və Putinin Paşinyana zəngi məhz Yerevanın mərkəzdən qaçma siyasətinə görə hesab soruşmasıdır". Politoloq deyib ki, Nikol Paşinyan Rusiyada keçiriləcək Avrasiya Birliyinin hökumət başçılarının sammitinə gedərək, haqq-hesab edilməsi istisna deyil. Kreml tərəfindən ona Qarabağa bağlı mesaj verilməsi şübhəsizdir. Qarabağ Ermənistanın bütün hakimiyyətləri başında Rusiyanın domokl qlıncıdı. Təbii ki, bu mesaj əsasən Rusiyanın bu məslədə Erməmistanın arxasından çəkilməsi və Azərbaycacının hıərbi əməlyytalara başlaması kimi qeyd ediləcək". Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Rusiya çalışacaq ki, qazın qiymətini qaldırmaqla ölkədə sosial partlayış yaratsın və nəticədə əks-inqilab edərək Paşinyanı hakimiyyətdən devirsin: "Əgər, Ermənistan qiymət artımına etiraz olaraq Rusiya qazından imitina edərsə,alternativ olaraq İran qazına yönələ bilər. İrana qarşı ABŞ sanksiyaları Yerevana İrandan qaz almağını da əngəlləyə bilər. Qərbpərst Paşinyan Qərbin sanksiyalarına rəğmən İranadan qaz alarsa, ABŞ-ın təzyiqləri ilə üzləşəcək.

Göründüyü kimi Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa birliyinin Ermənistana ayırdığı milyonlarala vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə xalq yenidən ağır sosiail tələblərlə yenidən etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədləri heç bir real əsaslara malik deyil". Politoloq deyib ki, Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə onun Rusiyanın orbitindən çıxması üçün əsaslı vədlər verib: "Kreml çalışır ki, Paşinyanın qərbbərərst siyasətinin qarşısın alsın. Paşinyanın Putinlə siyasi şərtlərlə danışması, Moskvanın orbitindən çıxması, Azərbayacan üçün əlverişli siyasi məqam yaradır". Sonda Məhəmməd Əsədullazadə deyib ki,  Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə bu ölkədə əsaslı islahatlar mümükün deyil: "İlk növbədə bu ölkə işğalçı siyasətinə görə blokada və Rusiyanın forpostudur. Ermənistanın ikişafı onun işğalçılıq siyaətindən əl çəkməsindədir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31