“Çavuşoğlunun səfəri dostluğumuzu möhkəmləndirmək üçün növbəti imkandır” - MÜNASİBƏT

“Türkiyə və Azərbaycanda seçkilərdən sonra dövlətin yüksək rəsmilərinin ilk səfərini qardaş ölkəyə etməsi artıq ənənə halını alıb”. Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

"Türkiyə və Azərbaycanda seçkilərdən sonra dövlətin yüksək rəsmilərinin ilk səfərini qardaş ölkəyə etməsi artıq ənənə halını alıb".

Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu ölkələrimiz arasında sıx dostluq və strateji müttəfiqlik münasibətlərinin formalaşdığını bir daha sübut edir: "Dünyada bir-birirə belə yaxın olan ikinci belə dövlətlər yoxdur. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" çağırışı həmişə aktualdır və hər iki ölkə cəmiyyətlərinin sosial sifarişidir. Hörmətli Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfəri də dostluğumuzu möhkəmləndirməyə və beynəlxalq aləmdə birgə hərəkət etmək üçün növbəti imkandır".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Azərbaycana səfər edib. Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər müzakirə edilib. Təkbətək görüş başa çatdıqdan sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31