Paşinyan da təhdid etdi: Bakıya cavab...
25 İyul 2018 13:16 SiyasətErmənistanın Azərbaycanın strategiyasına cavabı adekvat olacaq.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, guya yalnız erməni tərəfi konfliktin sülh yoluyla həllinin tərəfdarıdır.
Qeyd edək ki, son günlər Ermənistandan Azərbaycana qarşı təhdid xarakterli mesajların sayı artıb. Dünən qondarma rejimin silahlı terrorçularına rəhbərlik edən Levon Mnatsakanyan da Azərbaycanı təhdid edərək, Mingəçevir Su Elektrik Stansiyasını vura biləcəklərini deyib.
Azərbaycan MN isə Ermənistanın strateji obyektlərinin hədəfdə olduğunu, bu obyektlərin vurulacağı halda həmin ərazidə yaşayışın yüzillərlə mümkünsüz hala gələcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31