Çavuşoğlu Bakıda: "Qardaş Azərbaycandayıq!"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

Bu barədə Türkiyə XİN başçısının rəsmi səhifəsində məlumat yayılıb.

"Şimali Kipr Türk Cümhuriyyəti səfərindən sonra qardaş Azərbaycandayıq", - məlumatda bildirilib.

Çavuşoğlunu hava limanında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral qarşılayıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31