“Azərbaycanı Fransa ilə ikitərəfli sahədə münasibətlər bağlayır" - AÇIQLAMA
24 İyul 2018 15:35 Siyasət"Azərbaycan və Fransa dövlətlərini həm siyasi, həm də çox geniş mədəni əlaqələr biləşdirir. Çünki Azərbaycanı hər bir istiqaməti üzrə Fransa ilə ikitərəfli sahədə münasibətlər bağlayır. Həmin o münasibətlər də bir neçə vacib həlqələrdən (həm mədəni, həm də siyasi) ibarətdir".
Bunu açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir: "Ona görə də Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki rolu hər zaman bizim üçün maraqlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransanın yeni prezidenti Emmanuel Makronla görüşməsi də çox əlamətdar hadisədir. Çünki görüş çox pozitiv, konstruktiv ab-havada keçmişdir. Təbii ki, bu, Ermənistan tərəfinə bir mesaj olmalıdır. Azərbaycan dünyanın irəlidə gedən dövlətləri ilə ikitərəfli sahədə bərabərhüquqlu münasibətlər qura bilir".
Erməni lobissinin Fransadakı fəallığına gəlincə, T.Vahabov əlavə edib ki, onlar nə edirlər-etsinlər Azərbaycan öz müstəqil xarici siyasətini irəli sürür və bu da öz bəhrəsini verir: "Onlar hər hansı bir akiyaya, provakasiyaya əl ata bilərlər. Təbii ki, onların bu imkanları var. Ancaq bu heç bir nəticəyə gətirib çıxarmır".
SİA