Ekspert: “Fransa münaqişənin həllində bir tərəf kimi çıxış edir”

“Bu gün Fransa dövləti Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Hətta dəfələrlə olub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk səfərini Fransaya edib”. Bunu açıqlamasında ekspert Vüqar Əhmədov deyib.

"Bu gün Fransa dövləti Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Hətta dəfələrlə olub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk səfərini Fransaya edib".

Bunu açıqlamasında ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm institutun yəni ATƏT-in Minsk Qrupunun üzvüdür: "Fransa münaqişənin həllində bir tərəf kimi çıxış edir. Bu gün heç kimə sirr deyil ki, Fransada güclü erməni lobbisi var. Ona görə də Fransa dövləti ilə iş aparmaq bizim üçün mühüm əhəmiyyətə malikdir. Sözsüz ki, burada əsas məsələ dövlətlərarası münasibətlərdir. Cənab Prezidentin Fransa dövləti ilə qurduğu uğurlu münasibətlər, əlaqələr yüksələn xətt üzrə davam edir. Bu səfər çərçivəsində uğurlu tərəfdaşlıqla bağlı saziş imzalandı. Bu gün Azərbaycanda Fransanın universitetləri fəaliyyət göstərir. Həmçinin qeyd etmək olar ki, Emmanuel Makron Fransanın yeni prezidentidir. Makron yeni seçilmiş prezident kimi maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal mövqe tutsun və bu istiqamətdə nəticə əldə etsin".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31