“Paşinyanın sərsəm fikirlərinin heç bir əsası yoxdur” - MÖVQE

"Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz. Bu gün Ermənistan dövləti çox ağır bir vəziyyətdədir. Ermənistanda heç bir marşurut-tranzit xətləri yoxdur. Çünki işğalçı ölkə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ölkədə acınacaqlı vəziyyət hökm sürür".

Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan bir əli ilə Qərbdən, digər əli ilə Rusiyadan yapışıb: "Paşinyan xalqa verdiyi vədlərin heç birini həyata keçirə bilmir. Bunun üçün nə iqtisadi əsasları var, nə də bir resursu var. Paşinyan bu cür gərgin bir durumdadır. O bir tərəfdən də Rusiyadan uzaqlaşmaq istəyir. Günü-gündən isə bir-birini təkzib edəcək bəyanatlar verir. O artıq yaxşı başa düşür ki, hakimiyyətdə qala bilməyəcək. Ermənistanın bircə nicat yolu var, o da Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Yoxsa hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq heç bir inkişaf mühiti olmayacaq. Bu gün Azərbaycanın imkanları böyükdür. Belə vəziyyətdə Rusiya Ermənistana necə yardım edə bilər. Ermənistan artıq dünyada da nüfuzunu itirə-itirə gedir. Paşinyan bir-birini təkzib edən bəyanatlar verməklə öz ağlı ilə daxili auditoriyanı sakitləşdirmək istəyir. 2016-cı ilin aprel hadisələrinin ən böyük uğuru Ermənistanda "qəhrəman" hesab edilən Ohanyan və Sarkisyanın hakimiyyətdən getməsi oldu. Azərbaycan qısa zamanda öz torpaqlarını işğaldan azad edəcək. Ona görə də Paşinyanın sərsəm fikirlərinin heç bir əsası yoxdur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31