Terrorçular Bakını təhdid etdi: “Mingəçeviri vuracağıq”
24 İyul 2018 14:34 SiyasətEhtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəyik.
Bunu Xankəndidə jurnalistlərə açıqlamasında Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan deyib. Onun sözlərinə görə, Mingəçevir SES erməni ordusunun əsas hədəfləri sırasında yer alıb:
"Hərb sənəti bu cür ərazilərə və hərbi obyektlərə zərbə endirilməsini tələb edir. Bu, düşmən ordusunu təminat imkanlarından məhrum edəcək, iqtisadiyyata zərbə vuracaq. Bu obyekt bizim planlarımıza daxildir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31