“Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində söz sahibidir” - Deputat

"Prezidentin Fransaya səfəri kifayət qədər uğurlu oldu. Hər şey gözəl təşkil olunmuşdu".

Bu sözləri millət vəkili Fəzail İbrahimli deyib.

Bildirib ki, bu səfərlə Avropa Birliyinin müəyyən zaman kəsiyində Azərbaycana olan ögey münasibətinin Fransanın timsalında dəyişdiyinin şahidi olduq: "İki dövlət arasında bərarbərhüquqlu görüşlərin keçirilməsi Azərbaycan üçün uğurlu nəticədir. Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində söz sahibidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi məsələsində irəli addımlar atır. Avropa ölkələri bilirlər ki, Qafqaz regionunda Azərbaycanın mühüm rolu var. Ona görə də bu səfər siyasi və iqtisadi baxımdan, çox böyük əhəmiyyət daşıyır".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31