Azərbaycan MDB ölkələri baş prokurorlarının iclasında iştirak edəcək
24 İyul 2018 13:07 SiyasətAzərbaycan 2018-ci il sentyabrın 20-də Düşənbədə keçiriləcək MDB-yə üzv dövlətlərinin baş prokurorlarının Koordinasiya Şurasının 28-ci iclasında iştirak edəcək.
Tacikistan Baş Prokurorluğundakı mənbənin məlumatına görə, Rusiyanın baş prokuroru Yuri Çaykanın sədrliyi ilə keçiriləcək iclasda 9 dövlətin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın iştirak edəcəyi gözlənilir.
Baş prokurorların əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsi, iş təcrübəsi və kadr hazırlığı məsələlərini müzakirə edəcəkləri güman edilir.
"MDB baş prokurorlarının Düşənbə görüşününün gündəliyinin yekun variantı hazırlanır", - mənbə bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31