Səbuhi Abbasov: "Onların əlində olan yeganə alət onlayn platformalardır"
24 İyul 2018 12:41 Siyasət"Son 10 ildə ölkəmizə qarşı açılan virtual savaş daha da dərinləşib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla dövlətimiz 25 il öncəki xaotik durumda deyil".
Bunu açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, informasiya savaşı hər il daha da dərinləşir: "Bu gün Azərbaycan nəinki regionda, eləcə də dünyada öz sözünü deyən strateji ölkədir. Bundan başqa Azərbaycan Prezidenti cənab İlham Əliyevin özü dünyada xüsusi çəkisi olan siyasətçidir. Bu faktorlar düşməni bütün cəbhələrdə məhv edib. İndi onların əlində olan yeganə alət onlayn platformalardır. Çox təəssüf ki, bir çox satılmış azərbaycanlılar da bu anti-Azərbaycan proqramlarının iştirakçısına çevrilirlər. Məqsəd ölkə rəhbərini və onun ən sadiq komanda üzvlərini nüfuzdan salmaq, ölkəmizdə sabitliyi pozmaq, əhali arasında təşviş yaratmaqdan ibarətdir. Lakin bu niyyət də baş tutmayacaqdır. Çünki son Gəncə hadisələrindən sonra xalq sabitliyin ən böyük dəyər olduğunu, dövlət başçısı İlham Əliyevin çox ağır geosiyasi gərginliklər fonunda ölkəmizi qoruduğunu dərk etdi".