Mais Səfərli: “Azərbaycanla bağlı həqiqətlər o saytlarda yerləşdirilməlidir"
“Bu gün Azərbaycana qarşı işləyən ani-Azərbaycan qüvvələr çox fəallaşıblar. Onların ölkəmizdəki əlaltıları da eyni dərəcə də fəallıq göstərirlər. Bildiyiniz kimi anti-Azərbaycan dairələr Qərb dövlətlərində, ABŞ-da və digər ölkələrdə var. Onlar Azərbaycanın müstəqilliyini sevmirlər, inkişaf etməsini istəmirlər və buna görə də qısqanclıq hissləri keçirirlər. Təbii ki, xaricdə oturan anti-dairələr ölkəmizdə müəyyən adamları ələ alıblar və onlardan “maşa” kimi istifadı edirlər”. Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
24 İyul 2018 12:37 Siyasət"Bu gün Azərbaycana qarşı işləyən ani-Azərbaycan qüvvələr çox fəallaşıblar. Onların ölkəmizdəki əlaltıları da eyni dərəcə də fəallıq göstərirlər. Bildiyiniz kimi anti-Azərbaycan dairələr Qərb dövlətlərində, ABŞ-da və digər ölkələrdə var. Onlar Azərbaycanın müstəqilliyini sevmirlər, inkişaf etməsini istəmirlər və buna görə də qısqanclıq hissləri keçirirlər. Təbii ki, xaricdə oturan anti-dairələr ölkəmizdə müəyyən adamları ələ alıblar və onlardan "maşa" kimi istifadı edirlər".
Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, bunlara qarşı qanunlarımızın, Konstitusiyamızın sərt üzünü göstərmək lazımdır: "Yəni böhtan atmaq, qarayaxmaq özü cinayət məsuliyyəti yaradır. Elə hesab edirəm ki, xaricdə bu fəaliyyətlə məşğul olanlara qarşı bizim diasporamız çox ciddi məşğul olmalıdır. Bizim Avropada və digər ölkələrdə diaspor təşkilatlarımız, icmalarımız, Azərbaycan cəmiyyətləri var. Onlar Azərbaycanı sevən, təbliğ edən cəmiyyətlərdir, birliklərdir. Biz onların, səfirliklərimizin gücündən istifadə etməliyik. Təbii ki, təbliğat işini də gücləndirmək lazımdır.
Xarici ölkələrdə Azərbaycan diasporunun saytları açılmalıdır və o saytların imkanlarından geniş istifadə olunmalıdır. Beləcə Azərbaycanla bağlı həqiqətlər o saytlarımızda yerləşdirilməlidir. Biz həmçinin bu sahədə vətəndaş cəmiyyətimizi, dövlət strukturlarını fəallaşdırmalıyıq. Bu gün Azərbaycan 10-15 il bundan əvvəlki dövlət deyil. Azərbaycan inkişaf etmiş və dünyada öz layiqli yerini tutmuş dövlətdir. Dünya ictimaiyyəti də Azərbaycanı sülhsevər, Azərbaycan xalqının vətənpərvər, eyni zamanda qonaqpərvər olduğunu çox gözəl bilir".
SİA