Deputat: “Fransa Avropanın siyasi güc mərkəzidir"
23 İyul 2018 16:54 Siyasət"Cənab Prezdentin Fransaya səfəri Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan Avropa ölkələri ilə münasibətləri həm iki tərəfli, həm də çoxtərəfli formatda qurur".
Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, ikitərəfli format çoxtərəfli formatın əsasını təşkil edir: "Çünki, ikitərəfli formatda Avropa İttifaqı ölkələri ilə ayrı-ayrılıqda əlaqələrin möhkəmləndirilməsi ümumi şəkildə Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının möhkəmlənməsinə xidmət edəcək. Cənab Prezdentin Fransa biznes strukturları ilə görüşləri və onların Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq istəklərinin bildirməsi gələcəkdə də hər iki ölkənin iqtisadiyyatların inkişafına öz töhfələrini verəcəkdir. Cənab Prezdentin Fransaya səfəri həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Fransa Avropanın siyasi güc mərkəzidir. Fransanın sözü Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. Həm də Fransa ATƏT-in həmsədrlərindən biri olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində iştirak edir.
Ermənistan da Avropada siyasi dayaq kimi Fransanı görürdü. Cənab Prezdentin Fransaya səfəri çərçivəsində Fransanın prezdenti ilə, Parlamentin sədri ilə və ayrı-ayrı biznes strukturların nümayəndələri ilə görüşlərin keçirilməsi və onların Azərbaycana maraqının artması ermənilərin Fransada dəstəyini neytrallaşdırmış hesab etmək olar. Fransa üçün öz inkişaf dövrünü yaşayan, iqtisadiyyatı günü-gündən güclənən və Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan daha maraqlıdır ki, nəinki Ermənistan. Ona görə də cənab Prezidentin Fransaya səfəri nəinki Fransa-Azərbaycan münasibətlərin inkişafına, həm də bütün Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəkdir".
SİA