Aydın Quliyev: “Fransanın iri neft kampaniyalarının ardınca, qeyri neft kampaniyaları da Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

"Azərbaycan Respublikasının prezident İlham Əliyevin Fransadakı razılaşmaları iki ölkənin iqtisadi, biznes, investisiya, humanitar, ticarət və əlbəttə ki, xüsusilə Qarabağ prosesleri üzrə əməkdaşlığın yeni səviyyələrə çıxmasını şərtləndirmək gücündədir. Fransanin qeyri neft sahəsi üzrə ixtisaslaşmış nəhəng kampaniyalarının Azərbaycan prezidenti ilə görüşdə daha fəal olmaları xüsusilə maraqla qarşılandı".

Bu fikirləri prezident İlham Əliyevin Fransa səfərinin Olaylar.az - a şərh edən "Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.

Aydın Quliyev açıqlamasında qeyd etdi ki, Parisdə prezident Əliyevlə görüşən nəhəng şirkət rəhbərlərinin demək olar ki, hamısı qeyri neft sektorunu temsil edirdilər. "Bu çox uzağa gedən nəticələr çıxarnağa əsas verən nüansdır. Bu nüans bir daha təsdiq edir ki, Fransanın iri neft kampaniyalarının ardınca, qeyri neft kampaniyaları da Azərbaycanla əməkdaşlıqda maraqlıdır". Azərbaycandakı biznes mühitinin beynəlxalq partnyorlar üçün məqbul olduğunu xatırladan Aydın Quliyev bildirdi ki,Azərbaycanın qeyri neft sektorunun inkişaf modeli doğru yolda olduğu üçün xaricdə diqqət cəlb edir."Fransanın iri kampaniyaları Azərbaycan prezidentinin ciddi və etibarlı tərəfdaş olduğuna, Azərbaycanda sabitlik və təhlükəsizliyin hər cür pozitiv işbirliyinə geniş imkanlar açdığına bir daha əmin oldular."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31