Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20 İyul 2018 18:30 SiyasətPrezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31