Musa Qasımlı: “Prezidentin səfəri münasibətlərə yeni dinamizm gətirəcək"

"Fransa Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti, NATO üzvü və dünyanın 7 inkişaf etmiş ölkəsindən biridir".

Bunu millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası və Fransa arasında münasibətlərin zəngin tarixi var: "Müstəqilllik illərində, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev bir sıra amillər səbəbindən ilk xarici səfərini başqa bir ölkəyə deyil, məhz Fransaya etmişdi. Bu gün iki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərin böyük potensialı və yaxşı perspektivləri var. Hesab edirəm ki, cənab Prezidentimiz İlham Əliyevin səfəri həmin münasibətlərə yeni dinamizm gətirəcək. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını da nəzərdən qaçıqmasaq səfərin daha geniş miqyaslı əhəmiyyət daşıdığı aydın olar".

Qeyd edək ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31