Deputatlarımız Latviyada səfərdə olacaqlar

Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək üçün iyulun 22-də Riqaya səfər edəcəklər.

MM-dən "Olaylar"a verilən məlumata görə, seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi  məsələlərinə həsr olunub. Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar. Səfər iyulun 25-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31