“Rəsmi Bakı və Roma münasibətlərin gələcəyini müsbət spektrda görürlər” - Politoloq

"İtaliya prezidentinin ölkəmizə səfəri onu göstərir ki, münasibətlər möhkəm platformaya malikdir və yüksələn xətlə inkişaf edir".

Bu sözləri politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, İtaliya Avropa İttifaqının Azərbaycanla geniş iqtisadi-ticari əlaqələri olan dövlətlərindəndir: "Əlaqələr getdikcə bir qədər də genişləndirilir. Son illərdə Azərbaycan prezidenti də İtaliyaya səfər edib və yüksək səviyyəli hökumət məmurları ilə görüşüb. Bilirsiniz ki, İtaliya Azərbaycan münasibətlərində enerji məsələsi önəmli yer tutur, İtaliya böyük həcmdə enerji istehlak edən ölkələrdəndir. Ona görə də TANAP və TAP layihələri böyük razılıqla qarşılanmışdı".

Politoloq onu da deyib ki, hər iki dövlətin bir-birinə ehtiyacı var: "Görüşlər, təmaslar belə deməyə əsas verir ki, rəsmi Bakı və rəsmi Roma münasibətlərin gələcəyini müsbət spektrda görürlər. Ona görə də dövlətlərin müvafiq qurumları, ekspert qrupları durmadan fəaliyyət göstərirlər ki, inkişaf meylləri sabit olsun və dinamikası aşağı düşməsin". 

Azadinform

İtaliya ilə iqtisadi əlaqələr genişlənir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31