Bakıda Azərbaycan və İtaliyanın XİN başçıları arasında görüş keçirilir

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Entso Moavero Milanezi arasında görüş keçirilir.

Təkbətək görüşdə E.Məmmədyarov və onun italiyalı həmkarı bir sıra sahələr, o cümlədən energetika, sənaye və nəqliyyat sahələri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.

Ardından görüş genişlənmiş formatda davam etdiriləcək.

Qeyd edək ki, E.M.Milanezi Bakıya İtaliya prezidenti Serco Mattarellanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində gəlib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31