Dünya siyasi konyukturasında sabitliyi təmin etmək mümkün görünmür - ANALİTİK
18 İyul 2018 15:15 SiyasətSupergüclərin maraqları buna imkan vermir
Dünyada maraqlı proseslər cərəyan edir. Dünənə qədər bir-birinə düşmən kəsilən, hər addımda, həmlədə qarşı tərəfə zərbə vurmağa çalışan dünyanın nəhəng dövlətləri, ölkələri bu bün uzun illər boyu aralarında mövcud olan problemi danışıqlar yolu, diplomatik müstəvidə həll etməyə səy göstərirlər. Yaxın bir neçə ildə Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında əldə edilən anlaşma, əzəli düşmən hesab edilən Vaşinqtonla Pxenyanın aralarında olan problemi diplomatik yolla həll etmək istəyi və bu istiqamətdə irəli sürülən təşəbbüslərə verilən müsbət reaksiya və s. bu kimi misalları kifayət qədər göstərmək olar. Hazırda isə eyni tendensiya Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında müşahidə edilir. Hər halda bu günlərdə Finlandiyanın paytaxtı Helsinkidə Birləşmiş Ştatlar prezidenti Donald Trampla Rusiya Federasiyasının rəhbəri Vladimir Putin arasında baş tutan tarixi görüş belə deməyə əsas verir. Təsadüfi deyil ki, Tramp-Putin görüşü başa çatar-çatmaz dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Helsinki görüşünün nəticələri, tərəflərin uzlaşa bildiyi məsələlər ətrafında öz fikirlərini ortaya qoydular. Birləşmiş Ştatlar prezidenti ilə Kreml rəhbəri arasında baş tutan görüş azərbaycanlı analitiklər, ekspertlər tərəfindən də diqqətlə izlənilib və görüşün nəticələrinə dair münasibət sərgilənib.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, beynəlxalq birlik ötən gün iki nüvə dövlətinin dövlət başçılarının, Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin görüşünə şahidlik etdi. Politoloqun sözlərinə görə, bu görüş dünyada ümumi təhlükəsizliyi təmin etmək, qlobal böhranların həll edilməsi üçün xüsusi əhəmiyyətə malik idi: "Təssüf ki, Ağ Ev və Moskvanın maraqlarının kəskin toqquşduğu dünya siyasi konyukturasında sabitliyi yaxın perspektivdə təmin etmək mümkün görünmür. İlk növbədə Birləşmiş Ştatların Rusiyanın sərhədlərinə yaxınlaşması, Kremlin arxa bağça hesab etdiyi MDB ölkələrini öz təsir orbitinə salmaq siyasəti hazırda iki ölkə arasında dərinləşən böhranın əsas parçasıdır. Bu zirvə görüşündən müsbət nəticələr əldə olunmasa da, iki fövqəldövlətin gərginləşən böhran fonunda dialoqu müsbət tendensiyadır. Qeyd edim ki, İki liderin görüşündə əsasən Suriya, İran və Ukrayna problemləri əsas müzakirə predmeti olub. Çünki, iki ölkə arasında siyasi və iqtisadi əlaqlərin inkişafı, bu problemlərin həllindən keçir. Məhz Birləşmiş Ştatlar və Rusiya Suriya məsələsində müəyyən dərəcədə koordinasiyalı fəaliyyət göstərərək, əməkdaşlıq edirlər, və, bu xüsusda razılaşmanın əldə olunması istisna edilməməlidir. Amma, Ukrayna və İran məsələsi ziddiyyətli olaraq qalır. Onu da qeyd edim ki, Rusiya Ukrayna problemində güzəştə hazır deyil və İranı da tezliklə Birləşmiş Ştatlara təslim etmək istəmir". Məhəmməd Əsədullazadə deyib ki, bu zirvə görüçündə Putin kifayət qədər hücumçu mövqe sərgiləyərək, Rusiyanın ambissiyalarını güzəştə hazır olmadıqlarını göstərdi: "Bu görüş Ağ Ev rəhbəri Donald Tramp üçün uğursuz və Kreml rəhbəri Vladimir Putin üçün uğurlu bir siyasi görüş oldu. Baxmayaraq ki, iki ölkənin maraqlarının toqquşduğu məsələlərdə yenə də razılıq əldə olunmadı. Vladimir Putinin Donald Tramp üzərində mətbuat kobfransında psixoliji üstünlüyü, Birləşmiş Ştatlar prezidenti üçün ölkəsində ona qarşı əleydarlarının əlinə kartblanş vermiş oldu. Ümumiyyətlə Helsinki görüşü Birləşmiş Ştatlara lazım deyildi". Politoloq deyib ki, hazırda Yaxın Şərqdə və Ukrayna ətrafında ziddiyyətli situasiya davam edir, Ağ Ev Rusiyaya qarşı sanksiyaları genişləndirməkdədir: "Burada Donald Trampın Vladimir Putinə heyran olduğu bir daha təsdiq olundu və onun ikinci dönəm üçün prezidentlik istəyi, hesab edirəm ki, istək olaraq qalacaq. Hazırda Birləşmiş Ştatlar siyasi stibleşmenti üçün bu qədər baş ağrısı gətirən şəxsi ikinci dəfə prezident kürsüsündə əyləşdirilməyəcək. Tramp Amerikanın biznes elitasının nümayəndəsi olaraq, yəhudi lobbisinin dəstəyi ilə hakmiyyətə gəlib və biznes maraqlarından çıxış edir. Helsinki zirvə görüşü Donald Trampın siyasi karyerasının qürubu olacaq".
Süleyman