“İtaliya Azərbaycanı beynəlxalq təşkilatlarda müdafiə edib” - Vahid Əhmədov
18 İyul 2018 13:43 Siyasət"İtaliya bizim üçün əhəmiyyətli dövlətdir və Azərbaycan məhsullarını qəbul edən ölkələrdəndir. İtaliya beynəlxalq münasibətlərdə Azərbaycanı dəfələrlə müdafiə edib".
Bu sözləri millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Vahid Əhmədov İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri və ölkə başçısı İlham Əliyev ilə görüşü barədə danışarkən deyib.
Millət vəkili bildirib ki, ixrac potensialımızla bağlı olaraq, İtaliya Azərbaycan üçün önəmli dövlətdir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: "Düzdür, son vaxtlar ölkəmizin TANAP, TAP layihələri ilə bağlı olaraq, İtaliyada müəyyən qüvvələrin xoşagəlməz davranışları müşahidə olunub, layihələrin qarşısını almaq istəyənlər olub. Amma bu, mümkün deyil və layihə 2020-ci ildə istifadəyə veriləcək. Yəqin ki, prezidentlərin görüşündə bu məsələlər əsas müzakirə mövzularındandır. Bir daha qeyd edirəm ki, bu dövlətlə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. İqtisadi və siyasi cəhətdən əlaqələr güclüdür. Faktiki olaraq, İtaliya Azərbaycanı beynəlxalq təşkilatlarda müdafiə edib".
Azadinform