İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
17 İyul 2018 22:54 Siyasətİtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31