QMİ sədri: "Qaragin üzümə dedi ki, mən də Azərbaycana qarşı təxribatlar aparıram"
17 İyul 2018 14:42 Siyasət"Mən sonuncu dəfə Qaraginlə görüşəndə ona dedim ki, axı siz niyə bizə qarşı bu qədər təxribatlar edirsiz? O da mənə dedi ki, siz çox inkişaf etmisiz, güclü dövlətsiz, boynuna aldı ki, mən də Azərbaycana qarşı təxribatlar aparıram. Əgər Qaragin bunu mənim üzümə deyirsə, deməli bu təxribatları başqalarının əli ilə də olsa edə bilər".
Bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə əlavə edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan atəş həm də dövlətçiliyə qarşı açılan atəşdir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31