Putin: “Rusiya heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib”
17 İyul 2018 06:15 SiyasətRusiya hakimiyyəti heç vaxt ABŞ-ın daxili siyasətinə təsir etməyə cəhd etməyib. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Fox News" telekanalına müsahibəsində bildirib."Rusiya bir dövlət kimi heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib", deyə Putin qeyd edib. Vladimir Putin Helsinkidə iyulun 16-da amerikalı həmkarı Donald Trampla görüşündən sonra "Fox News" telekanalına müsahibə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31