Deputat: "Türkiyə NATO üzvü olaraq qalmalıdır"

"Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki,Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər". Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

"Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki,Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər".

Bunu  millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Türkiyənin Rusiyadan C-400 raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır.

Bu problemi "Türkiyə necə çözə bilər" sualını cavablandırarkən qeyd edib ki, Türkiyə NATO üzvü olaraq qalmalıdır.

"Türkiyə NATO-dan çıxarılarsa, ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddətdən sonra dəyişəcək..."-deyə, millət vəkili sözlərinə əlavə edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31