BQXK erməni əsirlə görüşmək istəyir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanda əsir olan Ermənistan vətəndaşı Karen Kazaryanın məsələsi ilə bağlı əlaqəli tərəflərlə danışıqlar aparır.

Bu barədə BQXK-nin Ermənistandakı ofisinin mətbuat katibi Qoar Ter-Akopyan məlumat verib. "Karen Kazaryanın ziyarət edilməsi və onun saxlanma şəraiti ilə tanışlıq məsələləri üzrə dialoq aparılır."- deyə Ter-Akopyan bildirib.



Qeyd edək ki, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Təxribata cəhd edən düşmənlə qarşıdurmada Azərbaycan ordusu itki verməyib. 


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31