Azərbaycanın təzyiqləri ermənilərin itkilərini artırır - ŞƏRH

Bu da Paşinyana daxili siyasətdə zərbə vurur 

Uzun müddətdən bəri davam edən səssizlik nəhayət ki, pozuldu. Söhbət Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan və Ermənistanın rəsmi dairələrinin baş tutan görüşündən gedir. Məlum olduğu kimi, bu günlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü keçirildi. Məlumat üçün qeyd edək ki, bu işğalçı Ermənistanda baş verən inqilabdan sonra problemin həlli istiqamətində baş tutan ilk rəsmi təmas idi. Belə ki, İrəvanda baş verən hakimiyyət dəyişikliyi və inqilabçı Nikol Paşinyanın zorla hakimiyyəti zəbt etməsindən indiyə qədər tərəflər arasında Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir danışıqlar keçirilməmişdi. Hətta Ermənistan hakimiyyəti açıq-aşkar danışıqlardan imtina etdiyi görüntüsünü də ortaya qoyurdu. İnqilabçı Paşinyan hələ baş nazir postunu zəbt etdiyi ilk gündən bəyan edirdi ki. İrəvan Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışırlarda iştirak etmək niyyətində deyil. Paşinyan iddia edirdi ki, Azərbaycan tərəfi separatçı rejimlə danışıqlar apararaq prolemin həllinə nail olmalıdır. Ancaq indiki halda İrəvanın danışıqlar prosesində tərəf kimi iştirak etməsi Ermənistanın, konkret olaraq baş nazir Nikol Paşinyanın mövqeyində dəyişikliyə məcbur olması kimi xarakterizə edilə bilər. Bunu isə ekspertlər İrəvanın keçirdiyi təşviş və qorxu ilə əlaqələndirirlər. Belə ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad və onun ardınca baş tutan genşmiqyaslı hərbi təlimlər Ermənistan hakimiyyəti və cəmiyyətində ciddi təşviş yaradıb. Bunun  üzərinə də Güngüt zəfərini əlavə etsək Ermənistan rəhbərliyinin hansı səbbədən danışıqlar prosesinə qatılmaqda maraqlı olduğunu aydın görə bilərik.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstittutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, Ermənistan rəhbərliyi Azərbaycanın artan hərbi gücü, qüdrəti qarşısında vaxt qazanmaq və atəşkəs rejiminin pozulmamasına nail olmaq üçün danışıqlar prosesində iştirak edir: "Ermənistan rəhbərliyi atəşkəsin qorunmasında maraqlıdır və onların danışıqlara getməyi bununla bağlıdır. Çünki, Nikol Paşinyanın ilk əvvəldən danışıqlar üçün irəli sürdüyü şərtlər tamamilə masada olan həll formularına zərbə vururdu.  Azərbaycanın müəyyən təzyiqlərindən yayınmaq və daxildə bu təzyiqlərdən irəli gələn uğursuzluğun qarşısını almaq üçün heç bir şərt irəli sürmədən  Brüsseldə danışıqlara qatıldılar. Çünki, yeni erməni  hakmiyyətinin bir istəyi var: Atəşkəs maksimum qorunsun". Politoloq deyir ki, Ermənistan xarici işlər naziri Mnatsakanyan atəşkəsin qorunmasını dəfələrlə dilə gətirib: "Brüssel görüşündə də bunun üzərində dayanıb. Çünki,  Azərbaycanın təzyiqləri ermənilərin itkilərini artırır, bu da Paşinyana daxili siyasətdə zərbə vurur.  Qeyd edim ki, Ermənistan rəhbərliyi növbədən kənar parlament seçkilərinə qədər Azərbaycandan atəşkəsi qorumağı və təzyiqlərdən yayınmaq üçün danışıqlarda maraqlıdır.  Bundan əlavə artıq, Paşinyan hakmiyyəti Moskvadan kənar danışıqların aparılmasında maraqlıdır. Danışıqlar Moskvanın iradəsi ilə həyata keçərsə, Yerevan Moskvadan qurtula bilməyəcək. Növbəti aylarda biz Yerevan -Moskva siyasi qarşıdurmasının şahidi olacağıq. Azərbaycan Moskva ilə bu istiqamətdə təmasları artırmalıdır ki, Yerevana hərbi təzyiqlər fonunda Kremlin mümkün neytrallığına nail olsun". Politoloq deyib ki, XİN rəhbərlərinin Brüssel görüşündən müsbət irəlləyiş gözləmək əbəsdi: "Ermənilərin xahişi ilə atəşkəsi qorumaq və təzyiqləri davam etdirməmək, Ermənistan üçün şansdı. Hazırda təmas xəttində işğalçı ölkə müdafiəni gücləndirməklə yanaşı, video müşahidə sistemləri qurur. Bu, o deməkdir ki, rəsmi Yerevan kompromisə hazırlaşmır və danışıqları atəşkəsi qorumaq üçün aparır.  Həmçinin Azərbaycan xarici işlər naziri və Ermənistan XİN rəhbərinin Brüssel görüşü,  ilkin tanışlıq və mövqelərin öyrənilməsi kimi xarakterizə olunmamalıdır. Bu aparılan danışıqların davamı kimi qəbul olunmalı, danışıqlarda konkret nəticəyə gəlinmək üçün rəsmi Yerevandan tələb olunmalıdır. Ermənistanda Sarkisyan rejiminə -Qarabağ klanına qarşı həbslər və repressiya davam edir. Paşinyan Qarabağ klanından qorunmaq və mümkün təzyiqlərlə qarşılaşmamaq üçün onun danışıqlar müstəvisində kompromisi mümkün deyil".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31