Paşinyanın Brüssel hiyləgərliyi - ŞƏRH

Və inqilabçı liderin baş tutmayan planı

Son günlər ölkəmizdə baş verən bir neçə ciddi hadisələr, bir növ diqqətləri ölkə xaricində baş verən bəzi az əhəmiyyəti olmayan, bizə birbaşa və dolayısı aid olan siyasi hadisələrdən yayındırmış oldu. Baxmayaraq ki, qoca qitədə son iki gün ərzində diplomatik sahədə əldə etdiyimiz uğurlar ölkə daxilində bir neçə nəfərin ictimai asayişi pozmağa yönəlik cəhdlərindən çox-çox önəmli idi, lakin müəyyən maraqlı qüvvələr rəsmi Bakının Brüsseldə əldə etdiyi nailiyyətə kölgə salmaq üçün dəridən-qabıqdan çıxaraq əsas diqqəti daxilə yönəltməyə çalışdılar.

Elə hərbi ekspert Üzeyir Cəfərov da bu qənaətdədir.

O, bildirib ki, son iki gün ərzində Brüsseldə diplomatiya sahəsində atılan mühüm addımlar işğalçı Ermənistan üçün növbəti zərbə oldu. O, Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Brüsseldə sanki rəzil gününə düşdüyünü də vurğulayıb: "Gəncədə və ümumilikdə ayrı-ayrı yerlərdə baş vermiş məlum hadisələrlə bağlı bizim də bəzi fikirlərmiz olacaq. Hələliksə, qoy rəsmi orqanlar öz araşdırmalarını aparsınlar. Qısaca onu deyə bilərəm ki, həyatını faciəli şəkildə itirmiş yüksək rütbəli polis əməkdaşlarının həyatını qorumağa borclu olan, amma səhlənkarlıq edən bəzi cavabdeh şəxslər də müəyyən edilməli, onların hərəkətinə və hərəkətsizliyinə hüquqi qiymət verilməlidir.  Qayıdıram dünən Brüsseldə baş tutan NATO-nun sammitinə.  Alyansın bu mühüm toplantısı ilə bağlı çoxlu məlumatlar verilib və həmən sammitlə bağlı bir-birindən maraqlı, diqqəti cəlb edən xəbərlərin ardı da gəlməkdədir. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan nümayəndə heyətinin üzvlərinin orada sərgilədiyi hərəkətləri diqqətlə müşahidə etdim. Bədnam qonşularımızın Baş naziri Nikol Paşinyanın əsl erməni xislətini necə ortalığa qoyduğunun fotogörüntüləri ilə tanış ola bilərsiniz. Çox sevindim ki, bu naşı siyasətçinin, küçədən gələn şəxsin əsl ermənilərə xas olan yaltaqlığını və düşüklüyünü bütün dünya bir daha seyr etmək və görmək imkanında oldu. Axşam ziyafətinə yollanarkən Amerika prezidentinə xəlvətcə yaxınlaşıb, onun özü və xanımı ilə ayaqüstü hiyləgərcəsinə bir-iki kəlmə kəsməsi, İngiltərənin Baş naziri xanım Tereza Mey qarşısında ikiqat əyilməsi, Fransa prezidenti Emmanuel Makronun qucağına atılması, hələ cəmiyyət arasına çıxarılmış abırlı görüntüləridir. İndi görün, arxa planda nələr olub?! Heç bir şübhəm yoxdur ki, bu naşı gədənin hərəkətlərinin "səsi" yəqin ki, yaxın zamanlarda çıxacaq. Havadarları tərəfindən onsuz da son vaxtlar ciddi etimadszılığa üzləşən yaramaz xaçiklər, böyük ehtimalla yaxın vaxtlarda ən sərt formada "rus ayısı" tərəfindən "mükafatlandırılacaqlar". Həmin adlarını çəkdiyim siyasətçilərin birbaşa təkidi və təzyiqi ilə Rusiya Federasiyası ilk dəfə idi ki, belə açıq şəkildə həm çıxışlarda, həm də yekun sənəddə bu qədər təhqir və tənqidlərə məruz qoyulmuşdu. Faktiki olaraq Rusiya dövləti, onun hazırkı rəhbərliyi üçün son onilliklərin ən ağır bir günü kimi tarixdə xatırlanacaq. Bunun hələ davamı gələcək. Amma, erməni gədəsi Paşinyanın bu yaltaqlığlarının və hiyləgərliyinin arxasında çox məkrli məqsədlərin durması heç kimdə şübhə doğurmamalıdır". Hərbi ekspert deyib ki, bu xüsusi erməni həyasızlığının bir pis ucu da bizim Qarabağa xələl və xətər gətirə bilər: "Əsl təhlükə və narahatçılıq da bununla bağlıdır. Diqqətçil siyasətçilər və siyasətlə maraqlananlar yəqin ki, Brüsseldə qəbul edilmiş Ümumi Kommünikeyə diqqət yetirdilər. NATO rəsmi şəkildə Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləsə də, Azərbaycanı yalnız "xala xətri qalmasın" şəklində işğalçı Ermənistanla bir cərgədə dəstəklədiyini sənəddə qeyd etdi. Sual yaranır ki, məgər Ermənistanın hər hansı ərazi bütövlüyü ilə bağlı narahatçılığmı var və ya olub?. Suallar və yenə suallar!  Bizim ölkənin xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov da 4 saat (?!) ATƏT-in Minsk qrupunun bivec, fırıldaq və boşboğaz həmsdərləri ilə guya hansısa məsələləri müzakirə ediblər. Ay-hay! Vallah o vicdansızlara mən heç 4 dəqiqə belə vaxt sərf etməzdim, tam səmimi və ciddi deyirəm".

Üzeyir Cəfərov qeyd edib ki,  Ermənistanın həm keçmiş, həm də indiki sarsaq gədələri həm vaxt udur, həm də Qarabağla bağlı bəzi böyük güclərin - ABŞ, Rusiya, Fransanın birbaşa və dolayısi dəstəyi və iştirakı ilə çirkin, yalan üzərində qurulmuş, Azərbaycan dövlətinin milli maraqlarına zidd olan fəlakətli ssenarini gerçikləşdirməkdə davam edirlər.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31